Dünya

Dollar kəskin ucuzlaşacaq

28 Mart 2015 15:05
0 Şərh     Baxış: 10 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Geosiyasi gərginliyin artması ABŞ valyutasına mənfi təsir edəcək
"Yəməndə baş verən hərbi proselər fonunda dollar yenidən ucuzlaşa bilər".

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə "SERİX Kepital İdarəetmə" şirkətinin mütəxəssisi Andrey Vernikov söyləyib.

Mütəxəssis bildirir ki, geosiyasi gərginliyin artması nəticəsində neftin və neft şirkətlərinin səhmlərinin qiyməti artmağa başlayıb. Andrey Vernikov hesab edir ki, yaxın gələcəkdə Rusiya rublu dollara qarşı möhkəmlənəcək.

"Rusiya valyutasının bahalaşması əhali tərəfindən mübadilə əməliyyatlarına marağın artmasına gətirib çıxaracaq. İnsanlar ötən aylarda aldığı xarici valyutaları bir azdan satmağa başlayacaq. Geosiyasi risklərin artması fonunda neftin qiyməti 60 dollara yaxınlaşıb. Liviyada və Yaxın Şərqdə vəsiyyət pisləşəcəyi təqdirdə isə neftin bir barrelinin qiyməti hətta 70 dollara çata bilər", - deyə mütəxəssis bildirib.

Mütəxəssisin fikrincə, rus rublu dollar qarşısında möhkəmlənməyə davam edəcək. A.Vernikov güman edir ki, 1 dollar 50 rubla qədər ucuzlaşacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.