Dünya

"Rusiya Ukraynanı müstəqil dövlət kimi məhv etmək istəyir"

28 Mart 2015 14:48
0 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ukraynanın rəhbərliyində təmsil olunan şəxslər arasında fikir ayrılığı yoxdur"

APA-nın xəbərinə görə, bunu "Associated Press" agentliyinə müsahibəsində Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib.

"Biz eyni qayıqda üzürük və batmaq fikrimiz yoxdur. Biz bu qayıqda üzməyə davam etmək niyyətindəyik", - deyə A.Yatsenyuk qeyd edib.

Müsahibə zamanı baş nazir növbəti dəfə bir sıra Rusiya əleyhinə bəyanatlar səsləndirib. Hökumət başçısının sözlərinə görə Rusiya Ukraynanı müstəqil dövlət kimi məhv etmək istəyir.

Bundan başqa, A.Yatsenyuk qeyd edib ki, Rusiya ölkənin şərqinə yenidən hücum edə bilər.

"Rusiyaya qarşı bütün azad dünya mübarizə aparmalıdır", - deyə o qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.