Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus təyyarəni Fransada qəzaya uğradan və 150 nəfərin ölümünə səbəb olan ikinci pilot Andreas Lubitzin ayrıldığı sevgilisinə "elə bir şey edəcəm ki, addımı hər kəs eşidəcək" dediyi məlum olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aparılan araşdırmalara görə, Andreas Lubitz uçuşdan bir neçə gün əvvəl həddən artıq dərəcədə pul xərcləyib. Belə ki, ikinci pilotun bir neçə həftə əvvəl iki bahalı idman avtomobilini eyni anda satın aldığı aydınlaşıb. Alman mətbuatında yer alan xəbərlərə görə, lüks idman avtomobillərinin ikisi də "Audi" markalı olub. Almaniyanın Focus jurnalı isə avtomobillərin Düseldorf şəhərinin yaxınlığındakı avtosalondan satın alındığını bildirir. Avtosalondakı maşınların qiymətləri 50 min avrodan başlayır.
Digər tərəfdən A.Lubitzin sevgilisi olduğu bildirilən və Maria ləqəbi ilə qəzetlərə müsahibə verən qadın ikinci pilotun ona "bir gün elə bir şey edəcəm ki, bütün sistem dəyişəcək. O zaman hər kəs mənim adımı öyrənəcək və məni xatırlayacaq" dediyini açıqlayıb. A.Lubitzin sözlərinə o zaman bir məna verə bilmədiyini ifadə edən Maria "O, baş verənləri insanlardan saxlamağı çox yaxşı bilirdi. Nə demək istədiyini indi anladım", - deyə vurğulayıb.
Həmçinin aparılan araşdırmalar nəticəsində A.Lubitzin martın 10-da Düsseldorf xəstəxanasında psixoloji müalicə gördüyü, ancaq bu barədə "Germanwings" aviaşirkətinə məlumat vermədiyi ortaya çıxıb.
Qeyd edək ki, "Lufthansa"nın törəmə şirkəti olan "Germanwings" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi martın 24-də Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb və nəticədə 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya, Böyük Britaniya, Niderland, Kolumbiya, Meksika, Danimarka, Belçika, İsrail, Avstraliya, Venesuela və ABŞ vətəndaşları olub.
Milli.Az
Dünya
Təyyarəni qəzaya uğradan pilot: "Elə bir şey edəcəm ki, adımı hər kəs eşidəcək"
28 Mart 2015 13:24
2 Şərh
Baxış: 5 215
DİGƏR XƏBƏRLƏR
- Dünyanın ən zəngin 10 varisinin adı açıqlandı
- Bu ölkədə ilk şəhər hava taksisi işə başlayacaq
- Nuri Alço əməliyyat olunacaq
- Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu
- Elçi getdiyi qızın qardaşını güllələdi - Dəhşətli olay
- Türkiyənin Özbəkistana hazır geyim məhsulları ixracı artıb
XƏBƏR LENTİ
- Dünyanın ən zəngin 10 varisinin adı açıqlandı
- Bakıda taxta bazarı yanır
- Göz ətrafı qaralma, diş əti qanaması... – Hansı vitamin çatışmazlığının əlamətləridir?
- Cavanşir Məmmədov dəfn olundu - VİDEO
- Bu ölkədə ilk şəhər hava taksisi işə başlayacaq
- Matias “Neftçi”dən gedir?
- Paşinyan imana gəlir - Ermənistan Bakı ilə RAZILAŞDI
- Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
- "Atama hörmət qoymalı idi" - VİDEO
- Türkiyə XİN-dən Qazaxın 4 kəndinin qaytarılmasına münasibət
- Bakıda Dünya kubokunda lider dəyişikliyi - Raffaeli zirvədə
- Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
- Heydər Əliyevin rəhbərliyi ilə azərbaycanlı gənclərin yaratdığı möcüzə - Baykal Amur Magistralı - FOTO
- Azərbaycana gətirilməsi üçün aldıqları maşınlar Potidə qaldı - İş adamı həbs edildi - FOTO
- Cavanşir Məmmədovla vida mərasimi keçirilir - FOTO
- Nuri Alço əməliyyat olunacaq
- İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
- Cavanşirin qudası: "Nəvəsi görüb ki, babası..." - VİDEO
- Gənc əsgərlərin hazırlığından görüntülər - VİDEO
- Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu
- "Liverpul"un "vuran ürəyi" gedir
- Bu, ermənilərdən daha çox ermənipərəstləri pərt edib - Hulusi Kılıç
- Elçi getdiyi qızın qardaşını güllələdi - Dəhşətli olay
- Cavanşir Məmmədovun oxuduğu SONUNCU TOY - VİDEO