Dünya

Nobel mükafatçısı vəfat etdi

28 Mart 2015 10:37
0 Şərh     Baxış: 1 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2011-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən İsveç şairi Tomas Tranströmer vəfat edib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 83 yaşlı şair öz evində dünyasını dəyişib.

Şairin ədəbi agenti Anna Tillgren bildirib ki, T. Tranströmer bir müddət idi xəstəlikdən əziyyət çəkirdi. 1990-cı ildə keçirdiyi beyin insultundan sonra şair nitq və hərəkət qabiliyyətini qismən itirib.

2011-ci ildə İsveç Kral Akademiyası Nobel mükafatına T. Tranströmerin layiq görülməsini onu "reallığa yeni baxış olan qısa, şəffaf, mənalı obrazlar" yaratması ilə əsaslandırıb.

T. Tranströmerin əsərləri 50-dən çox dilə, o cümlədən bir neçə şeiri Azərbaycan tərcümə edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.