Dünya

Rusiyada sərnişin azərbaycanlı avtobus sürücüsünü öldürdü - FOTO

28 Mart 2015 10:20
0 Şərh     Baxış: 1 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naməlum şəxs həmyerlimizə çoxsaylı bıçaq zərbələri endirib

Ötən gün axşam saatlarında Rusiyanın Tver vilayətinin "Cənub" mikrorayonunda azərbaycanlı qətlə yetirilib.

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, insident 28 saylı marşrut avtobusunda baş verib.

Məlumata görə, sərnişin məlum olmayan səbəblərdən bıçaq ilə 29 yaşlı azərbaycanlıya hücum edib. O, həmyerlimizin döş və qarın nahiyələrinə çoxsaylı zərbələr endirib. Sürücü təcili yardım gəlincə hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.