Dünya

Fransadakı təyyarə qəzasından sonra yeni qərar

27 Mart 2015 18:33
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fransada çərşənbə axşamı baş vermiş təyyarə qəzasından sonra Latviyanın "AirBaltic" milli aviaşirkəti yeni təhlükəsizlik qaydalarının tətbiq edilməsi barədə qərar qəbul edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, şirkətin vitse-prezidenti Yanis Vanaqs jurnalistlərə bildirib ki, bundan sonra şirkətin hava reyslərində pilot heç zaman kabinədə tək qalmayacaq: "Bizim şirkətimiz qərar qəbul edib ki, bundan sonra pilot kabinəsində daim ən azı iki pilot olsun. Əgər pilotlardan biri hansısa hallarda kabinəni tərk etmək məcburiyyətində qalarsa, stüardessalardan biri kabinədə olacaq".
 

Onun sözlərinə görə, qərar artıq qüvvəyə minib və şirkətin bütün təyyarələrinin heyəti üçün məcburidir.
 

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.