Dünya

Seda Sayana həbs şoku

27 Mart 2015 16:17
0 Şərh     Baxış: 2 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənninin kafesi başına bəla olub

Məşhur türk müğənnisi Seda Sayan məhkəməlik olub.

Anspress-in məlumatına görə, müğənninin probleminin yaranmasına səbəb beş il öncə Bəyoğlundan aldığı kafe olub.

Məhkəmədə Seda Sayan, Özlem Özgür Bükülmez, Senem Cimilli Gürler Rıdvan Beşer adlı şəxslər ittiham edilən şəxs qismində göstəriliblər.

Ərazi tarixi məkan olduğu üçün orada tikinti işlərinin aparılması qadağan edilib. İddiaya görə, adıçəkilən şəxslər Sayanın sahibi olduğu kafenin arxa hissəsində qanuna zidd olaraq tikinti işləri aparıb. Bundan başqa bağçadan kafenin ərazisi kimi istifadə edilib.

İndi S.Sayanın da aralarında olduğu təqsirləndirilənlərin 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilməsi tələb edilir.

Qaldırılan iddia ilə bağlı ötən il ifadə verən S.Sayan isə bunları iftira adlandırıb. "Mən bu daşınmaz əmlakı 2012-ci ildə satın almışam. O zaman kafe kimi fəaliyyət göstərirdi. Müqavilə hazırda da davam edir. Heç bir dəyişiklik olmayıb. Deyilənlərin hamısı iftiradır".

Proses sentyabr ayına kimi təxirə salınıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.