Dünya

Qatil 28 ildən sonra təslim oldu

27 Mart 2015 10:45
0 Şərh     Baxış: 1 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
O, qətli meşəlik ərazidə həyata keçirib
Uzun illər əvvəl Almaniyada baş vermiş qətlin üstü açılıb.

Anspress-in məlumatına görə, 28 il əvvəl baş vermiş cinayətin səbəbkarı özü polisə təslim olub.

1987-ci il, iyun ayının 21-də Almaniyanın Kalrsruhe şəhərində meşəlik ərazidə velosipedlə gəzintiyə çıxan italiyan mənşəli Antonella B. naməlum şəxsin hücumuna məruz qalıb. O, Antonellaya qarşı fiziki zorakılıq tətbiq etdikdən sonra boğaraq öldürüb.

Hadisə baş verən zaman yaxınlıqda Tina Törnerin konsert proqramı keçirilirmiş. Bu səbəbdən də qızın qışqırıq səslərini heç kim eşitməyib.

Cinayəti törədən şəxs isə ölkəni tərk edərək İsveçrəyə qaçıb. Polis qətli araşdırsa da, üstündən illər keçdikdən sonra işi bağlayıb. Lakin 28 ildən sonra qatil Bazel şəhəri polisinə gedərək hadisənin təfərrüatlarını danışaraq təslim olub. Cinayətkar yaxalanaraq həbsə göndərilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.