Dünya

Nyu Yorkda güclü partlayış: 3 bina uçdu - YENİLƏNİB - FOTO - VİDEO

27 Mart 2015 11:22
0 Şərh     Baxış: 2 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:36

Nyu Yorkun Manhetten rayonunun İst Villic məhəlləsində qazın partlaması nəticəsində üç bina uçub, dörd binaya isə ciddi ziyan dəyib.

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə meqapolisin fövqəladə hallar xidmətinin məlumatında bildirilir.

Məlumata görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. Yanğının söndürülməsi istiqamətində tədbirlər hələ də davam edir. Yanğınsöndürənlər zədələnmiş binalardan sakinlərin hamısını artıq təxliyyə ediblər. Hadisə baş verdiyi əraziyə kənar şəxslər buraxılmır.

Yerli KİV-lərin məlumatına görə, insidentdən əvvəl partlayışın baş verdiyi binanın qaz təchizatı sistemində təmir işləri aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az

----------
11:22

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.

фото


----------
09:36

Böyütmək üçün şəkillərə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.