Dünya

İnternet inqilabı: Facebook təyyarəsini sınadı - FOTO

27 Mart 2015 10:06
0 Şərh     Baxış: 1 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar sosial şəbəkəsi Facebook dünyanın ucqar, habelə texniki baxımdan inkişaf etməmiş bölgələrini internetlə təmin etmək üçün ilk pilotsuz uçan təyyarəsini sınaqdan keçirib.
 

Milli.Az Gizmodo-ya istinadən bildirir ki, sınaq İngiltərənin Kent qraflığında keçirilib.

Facebook-un banisi və sahibi Mark Zukerberq sosial şəbəkədəki səhifəsində bildirib ki, ekspertlərin "internet inqilabı" adlandırdıqları pilotsuz təyyarə ilə bağlı işlər hələ başa çatmayıb.
 

Sonucda bu təyyarənin qanadlarının uzunluğu Boeing 737 qədər, çəkisi isə minik avtomobilindən az olacaq.
 

Pilotsuz təyyarə 19800 metr yüksəklikdə təqribən 6 ay uça biləcək. Buna dronun qanadlarında yerləşdiriləcək Günəş batareyaları imkan verəcək.

Facebook dünyada internetlə az təmin olunmuş və ya heç təmin olunmamış bölgələrdə internetdən istifadəyə nail olmaq üçün İnternet.org layihəsini həyata keçirir.
 

Ericsson, Samsung, Cualcomm və Nokia korporasiyaları da qatıldıqları layihə vasitəsilə planetdə hazırda internetdən istifadə edə bilməyən 10 faiz insanları şəbəkə ilə təmin etmək nəzərdə tutulub.
 

Ötən ilin martında Facebook pilotsuz uçan qurğuların istehsalı ilə məşğul olan Titan Aerospace şirkətini 60 milyon dollara satın almışdı.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.