Dünya

Hillari Klinton şəxsi poçtundakı məktubları dərc edəcək

5 Mart 2015 14:54
0 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton şəxsi elektron poçtundan aparılan xidməti yazışmalarını dərc etməyə göstəriş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, H.Klinton vəzifədə olduğu müddətdə iş yazışmaları üçün şəxsi poçt ünvanından istifadə edib. Bu fəaliyyət federal qanunla müəyyən edilmiş tələbi poza bilər. Həmin tələbə əsasən, bütün iş yazışması saxlanılmalıdır.

O bildirib: "Mən istəyirəm ki, ictimaiyyət mənim elektron yazışmalarımı görsün. Mən onu dərc etmək xahişi ilə Dövlət Departamentinə müraciət etdim".

Məlumata görə, H.Klintonun dövlət katibi vəzifəsində işlədiyi 4 il ərzində iş poçtu olmayıb. Qanuna əsasən, vəzifəli şəxslərin əldə etdikləri və göndərdikləri elektron və kağız məktublar dövlət arxivinə aid hesab edilir və Konqresin komitələri, tarixçilər və KİV əməkdaşlarının onları tapması üçün saxlanılmalıdır.

Gizli materiallar istisna təşkil edir.

Hazırda onun paroldan istifadə edib-etməməsi məlum deyil.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.