Dünya

Ermənistanda bir ailənin 7 üzvünü öldürən rusiyalı hərbçiyə məhkəmə-psixiatriya ekspertizası təyin olunub

5 Mart 2015 12:03
0 Şərh     Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirməkdə ittiham olunan rusiyalı hərbçi Valeri Permyakova məhkəmə-psixiatriya ekspertizası təyin olunub.

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, etibarlı mənbə bildirib ki, ekspertiza stasionar olaraq Rusiyanın Gümrüdəki hərbi bazasının ərazisində keçiriləcək.

Ekspertiza üçün 2 həftə vaxt tələb olunacaq.

"Permyakovda psixi çatışmazlıqların olması barədə deyilənlər şayiələrə əsaslanır. Ekspertizanın nəticələri hələ yoxdur", - deyə mənbə bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.