Dünya

Türkiyədə erməni əsilli fotoqraf həbs oluna bilər

5 Mart 2015 11:48
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İstanbul prokurorluğu Atatürk Hava Limanının səmasında icazəsiz olaraq təyyarələrin uçuş və enişlərinin fotoşəkillərini çəkən erməni əsilli fotoqraf Aspet Manukyanın həbsini tələb edib.

Bu barədə Trend Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına əsasən, prokurorluq Manukyanın 6 il müddətinə həbsini tələb edib.

Qeyd edək ki, bu il yanvarın 20-də Manukyan Atatürk Hava Limanının səmasında icazəsiz olaraq təyyarələrin uçuş və enişlərinin fotoşəkillərini çəkib. Bütün bunlarla yanaşı, o, Atatürk Hava Limanının səmasında icazəsiz videoçəkiliş də aparıb və daha sonra bu kadrları "Youtube" videoşəbəkəsinə yerləşdirib.

Kadrların videoşəbəkələrdə yayımlanması ilə yaranan qalmaqaldan sonra Manukyan üzr istəsə də, onun bu əməli Türkiyə Pilotlar Dərnəyi tərəfindən terrorçuluq üçün zəmin kimi qiymətləndirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.