Dünya

İŞİD terrorçuları mühasirəyə alınır

4 Mart 2015 19:39
0 Şərh     Baxış: 1 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq Ordusunun bölmələri Tikrit rayonunda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvlərini mühasirəyə almağa başlayıblar.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu barədə "The Telegraph" nəşrinə istinadən "İnterfax" məlumat yayıb.

Diktator Səddam Hüseynin doğma şəhəri uğrunda döyüşlər ikinci gündür ki, davam edir. Son günlər İraq Ordusunun şimal istiqamətində hücum tempi aşağı düşüb. Terrorçular mina və snayperlər hesabına hücumu ləngidə biliblər. Daha qızğın döyüşlər isə Tikritin cənubunda yerləşən Əd-Daur şəhərində gedir.

Bununla belə, dövlət qoşunları üç tərəfdən Tikritə yaxınlaşıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.