Dünya

"Islam dövləti" – terror və Qiyamət görüntüləri

4 Mart 2015 21:37
1 Şərh     Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Amerikanın səsi" saytında dərc edilmiş məqaləni kiçik ixtisarlarla oxucuların diqqətinə çatdırır. 

Öz global ambisiyalarından bəyan edən və Yaxın Şərq və Şimali Afrika ölkələrində vəhşiliklər törədən "İslam dövləti" terror qruplaşmasının liderlərinin bu hərəkətləri hansı motivlər ilə şərtlənir? Bəzi analitiklərin fikrinə görə, İD-nin strategiyasının, deməli, barbar hərəkətlərinin də əsasını Qiyamət gününün yaxınlaşmasına inam və bununla birlikdə Qurani-Kərimin səhv təfsir olunması təşkil edir.

"İslam Dövləti" hələ də dünyanı şoka salır

Misir xristianlarının başlarını kəsən, İordaniya pilotunu diri-diri yandıran, yezidi qadınlarını qula çevirən radikal islamçıların qəddarlığı sərhəd tanımır. Onlar zorakılığı tərənnüm edən videogörüntüləri dərc etməkdə davam edirlər.

Piter Bergen - CNN-in milli təhlükəsizlik məsələləri üzrə mütəxəssisi və New America Foundation qeyri-hökümət təşkilatının vise-prezidentidir. Onun fikrinə görə, İD-nin başçıları ürəkdən inanırlar ki, Quranda müharibəyə çağırış var.

"Əlbəttə ki, rasional düşünərkən, heç kim ABŞ, daha 60 ölkə, bütün ərəb dünyası, İordaniya və Misirlə və s. ilə vuruşmaq istəməzdi. Lakin onlar rasional düşünmürlər, onlar ancaq Qiyamət gününü fikirləşirlər", - cihadçıların dünya görüşünü mütəxəssis belə xarakterizə edir.

Bergenin sözlərinə görə, İD rəhbərləri inanırlar ki, Qiyamət günü tezliklə, Suriyanın şimalında yerləşən şəhərlərdə (Dabik) son, final döyüş baş tutandan sonra gələcək.

İD-ə üzv toplayanlar da məhz bu deyilənlərə əsaslanırlar. Onların sözlərinə görə, bu son döyüşdə İslam döyüşçüləri "səlibçilər" və "kafirləri" darmadağın edəcəklər.

Bir çox analitiklər vurğulayır ki, qruplaşmanın təmsilçiləri istərdilər ki, Qərb ölkələri Suriyaya qoşun daxil etsin və deyilənlər doğrulsun.

Professor Con Xorqan - Louelldəki Massaçusets Universitetinin terrorizm və təhlükəsizlik problemlərinin araşdırılması Mərkəzinin müdiri. Analitikin fikrincə, "İslam dövləti" istəyir ki, onlar "burada iş dindədir, sivilizasiyaların toqquşmasındadır və bunlar hamısı qaçılmaz olaraq konfrontasiyaya gətirib çıxaracaq" deyəndə, biz onlara inanaq. Onların strategiyasının bir hissəsi bundan ibarətdir".

Region üzrə bəzi əkspertlər qeyd etdikləri kimi, İD liderləri əmindirlər ki, onlar xeyirlə şərin dini, hətta kainat mübarizəsinin ön cəbhəsindədirlər.

Piter Bergen və digər analitiklər vurğulayırlar ki, İslam ruhaniliyinin çoxsaylı təmsilçiləri İD-i pisləyirlər və belə din xadimlərinlərinin çoxlüğü mütləqdir.

"Onlar doğrudan da dünyaya sələfi, bütün dünyaya düşmən münasibət mövqeyindən baxırlar, - Bergen bildirir, - və buna müqavimət göstərməyin yeganə yolu ancaq buna garşı müəyyən ideologiya tətbiq etməkdir ki, bunu da ən yaxşı İslamın təhrif olunmasını sübut etməyi bacaran müsəlman ruhani liderləri edə bilərlər".

Digər analitiklər hesab edir ki, silahlıların sıralarına qoşulan xaricilərin çoxsu öz ölkələrində uğursuz insanlardı və qürbətdə döyüşərkən, özlərinə macəra axtarırlar.

Əlbəttə ki, onların bəziləri - əqidəli cihadçıdırlar, lakin çoxlarının motivasiyası dini xarakter daşımır.

"Macəra axtarışları, kəskin həyəcan hissləri, yoldaşlıq münasibətləri. Bunların hamısı motivasiya üçün kifayət qədər güclü amillərdir. Və sosial şəbəkələrdə kampaniya aparan "İslam dövləti" məhz bundan istifadə edir", - Bergen bildirir.

Region üzrə ekspertlərin fikirlərinə görə, İD-nin birdəfəlik məhv etmə yolu ancaq qruplaşmanın bütün rəhbərliyini məhv etməkdən və işğal edilmiş əraziləri qaytarmaqdan keçir.

Amerika rəsmilərinin dediklərinə görə, İraqda artıq islamçıların nəzarətində olan ərazinin 30%-i azad edilmişdir.

Özünü "xilafət" bəyan etmiş qruplaşmanın zəbt edilmiş ərazisi azaldığca, İD-nin Qiyamət gününün elçiləri roluna iddiaları da azalacaq.


Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.