Dünya

Putin Nemtsovun qətlindən danışdı: "Biabırçılıqdı"

4 Mart 2015 15:20
0 Şərh     Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Rusiya hüquq-mühafizə orqanları Boris Nemtsovun qətli kimi siyasi xarakterli cinayətlərin açılmasına çox ciddi diqqət yetirməlidir".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Rusiyanı gələcəkdə bu cür faciələrin baş verməsindən qorumaq lazımdır:

"Səs-küylü cinayətlərə, o cümlədən siyasi xarakterli olanlara çox ciddi diqqət yetirilməlidir. Rusiyanı, nəhayət ki, bu yaxınlarda gördüyümüz və yaşadığımıza bənzər biabırçılıqdan və faciədən qurtarmaq lazımdır. Mən Boris Nemtsovun birbaşa paytaxtın mərkəzində həyasızcasına öldürülməsini nəzərdə tuturam".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.