Dünya

Acından ölməsinlər deyə... öldürdülər

4 Mart 2015 12:27
0 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avstraliya hökumətinin göstərişi ilə Viktoriya vilayətində 700-ə yaxın koala öldürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Ətraf mühitin mühafizəsi naziri Liza Nevillin sözlərinə görə, koalalar Otvey rayonunda öldürülüb. Həmin yerdə populyar kurort yerləşir. Nevil izah edib ki, ərazidə heyvanlar üçün qida çatmırdı. Bu səbəbdən də onları belə iztirabdan xilas etmək qərarı verilib.

Nazirin sözlərinə görə, belə əməliyyatlar gələcəkdə də davam edə bilər.

Koalaların öldürülməsi heyvan müdafiəçilərinin qəzəbinə səbəb olub. Onlar Avstraliya hakimiyyətini məsuliyyətsizlikdə və ekoloji problemlərə biganə yanaşmaqda ittiham ediblər.

Hazırda Avstraliyada 100 min koala yaşayır. Onların sayı sürətlə azalmaqdadır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.