Dünya

Rusiyada azərbaycanlı avtoritet tutuldu

4 Mart 2015 11:11
0 Şərh     Baxış: 1 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəxs barəsində qanunsuz silah gəzdirmək və 11 milyon rubl qəsb etmək maddəsi ilə cinayət işi açılıb

Rusiya polis əməkdaşları Çelyabinskin kriminal vəziyyətinə nəzarət edən kriminal avtoritet İlham Osmanovun tutulması üzrə xüsusi əməliyyat keçirib.

Anspress-in "Chelyabinsk.ru" saytına istinadən veridiyi məlumata görə, "vor" aləminin nümayəndəsindən 11 milyon rubl (185 000 azn) pul "qəsb" ittihamı ilə götürülüb.

Xəbərə əsasən, kriminal aləmdə sadəcə İlham adlandırılan avtoritetin üzərindən səsboğucu ilə birgə tapança tapılıb. Bununla onun barəsində qanunsuz silah gəzdirmə ittihamı ilə də cinayət işi qaldırılacaq.

Hazırda İlham Osmanov müvəqqəti saxlama təcridxanasındadır.

Qeyd edək ki, 36 yaşlı azərbaycanlı İlham Osmanov Çelyabinskdə qeydiyyatdadır. O əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilib. O bir çox dəfə Sverdlovsk ərazisinin kriminal avtoritetlərin regionlararası "sxodka"ları zamanı ələ keçirilib.

Sverdlovsk hakimiyyəti belə əməliyyatları tez-tez keçirir və bu, bir növ profilaktik xarakter daşıyır. Belə ki, "sxodka" iştrakçılarını cinayət məsuliyyətinə cəlb etmək üçün ən ağır dəlil qanunsuz silah gəzdirməkdir ki, bu da Rusiya qanunvericiliyində elə də ciddi xarakter daşımır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.