Dünya

298 nəfərin öldüyü faciə: vurulan təyyarə yığılır - FOTO

4 Mart 2015 11:59
0 Şərh     Baxış: 1 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Malaysia Airlines" aviaşirkətinin MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan Boeing 777 sərnişin təyyarəsinin qalıqları Hollandiyada yığılmağa başlanıb.
 

Hollandiyanın cənubundakı Gilze Rihen aviabazasındakı anqarlardan birində mülki və hərbi ekspertlər təyyarəni yenidən "yığmaq"la laynerin vurulmasının təfərrüatlarını aydınlaşdırmağa çalışırlar.
 

Milli.Az European-a istinadən bildirir ki, Hollandiya Milli Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vim de Bruinin dediyinə görə, indiyədək bənzəri olmamış tədqiqat və araşdırma-rekonstruksiya prosesi bu ilin sonunadək davam edə bilər.
 

Xatırladaq ki, ötən ilin noyabrın 16-da Boeing-in qalıqlarının Donetsk vilayətindən daşınmasına başlanıb.
 

"Malaysia Airlines" aviaşirkətinin MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan Boeing 777 sərnişin təyyarəsi Donetsk yaxınlığında iyulun 17-də vurulub. Təyyarədəki 298 sərnişinin hamısı həlak olub.
 

Bunlardan 15 nəfəri ekipaj üzvü idi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.