Dünya

Təcavüzkarın müdafiəsi qan dondurdu: "Zorlanmaq istəmirdisə..."

4 Mart 2015 10:13
1 Şərh     Baxış: 4 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hindistanın Yeni Dehli əyalətində zorladığı tələbə qızı öldürən cinayətkar barədə məhkəmə qərar verib.

Anspress-in məlumatına görə, yerli məhkəmə 28 yaşlı Mukeş Sinq barədə edam qərarı verib.

Məhkumun özünü müdafiə məqsədi ilə dediyi sözlər isə hamının qanını dondurub. Sinq bütün günahın zorlanan və qətlə yetirilən qızda olduğunu iddia edib.

Cinayətkar zərərçəkmişin, gecə bayıra çıxmasaydı, zorlanmayacağını, zorlama zamanı isə etiraz etməsəydi, öldürülməyəcəyini deyib.

"Bir əllə səs çıxarmaq olmaz. Alqış üçün ikinci bir ələ də ehtiyac var. Tərbiyəli qız gecə saat 9-da bayıra çıxmaz. Ortada bir zorlama hadisəsi varsa, qız oğlandan daha çox məsuliyyət daşıyır. Əgər mənə qarşı çıxmasaydı, onu öldürməyəcəkdim".

Qeyd edək ki, məhkəmə başlamadan aksiya keçirən yerlilər təcavüzçünün edam olunmasını tələb etmişdilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.