Dünya

Ağ ev Netanyahunu biabır etdi

4 Mart 2015 09:51
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onun nüvə problemi ilə bağlı alternativ variantı yoxdur"

Ağ evin adı çəkilməyən məmuru İsrailin baş naziri Binyamin Netanyahunu emosiyalara qapılaraq siyasi səbirsizlik göstərməkdə günahlandırıb.

İsrail baş naziri Binyamin Netanyahu ABŞ konqresində qarşısında çıxışı zamanı nüvə probleminin həlli barədə heç bir alternativ variant təklif etməyib.

Anspress-in məlumatına görə, bu sözləri Ağ ev rəsmisinin sitatından qərb mətbuatı önə sürüb.

"İrandan sadəcə kapitulyasiya tələb etmək: bu plan deyil və heç bir hökumət bizi belə mövqe tutduğumuza görə dəstəkləyə bilməz. Baş nazir konkret fəaliyyət planı irəli sürmədi", - deyə jurnalistlərin həmsöhbəti bildirib.

O qeyd edib ki, Netanyahunun çıxışı "(İranda) nüvə probleminin həllinin vacibliyinə yox, rejimin dəyişilməsinin vacibliyinə" yönəlib.

Qeyd edək ki, daha əvvəl Vaşinqtonda çıxışı zamanı Netanyahu bildirib ki, "altılıq" ölkələr və İran danışıqları onun xoşuna gəlmir. Konqresdə alqışlansa da Netanyahunun təhrifçi və Amerikanı müharibəyə sürükləmək istəyi ölkədə birmənalı qarşılanmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.