Dünya

Ərdoğan kimdən küsdü?

4 Mart 2015 09:22
0 Şərh     Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hakan Fidanın millət vəkili seçilərək XİN rəhbəri təyin olunacağı deyilir

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından qayıdarkən sabiq MİT (Türkiyə Kəşfiyyat İdarəsi) sədri Hakan Fidan barədə jurnalistlərə açıqlama verib.

Anspress-in məlumatına görə, Ərdoğan bu cür dövlət əhəmiyyətli qurumun sədrinin siyasətə girmək üçün vəzifəsindən istefa verməsinin doğru olmadığını deyib.

"MİT adi bir qurum deyil, dövlətin ən önəmli qurumlarından biridir. Dövlətin kəşfiyyat idarəsi zəif olsa o dövlətin ayaq üstə qalması mümkün deyil. Biz onu belə bir vəzifəyə təyin etdik. Təyin edən də mənəm. Madam ki, elə oldu, ayrılmaq istəyən də, əgər izn verilmirsə, orada qalması və ayrılmaması lazım idi. Təbii ki, incimişəm".

Xatırladaq ki, Hakan Fidan iyulun 7-də keçiriləcək parlament seçkisində iştirak etmək üçün bir müddət əvvəl MİT sədrliyindən istefa verib. Ankara kuluarlarında Hakan Fidanın millət vəkili seçilərək daha sonra xarici işlər naziri təyin olunacağı barədə söz-söhbətlər dolaşırdı. Həmçinin prezident Ərdoğanın bu istefaya razılıq vermədiyi də qeyd edilmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.