Dünya

Azərbaycanlı polkovnikin adı Nemtsovun qətlində hallandı

3 Mart 2015 11:27
1 Şərh     Baxış: 12 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya mətbuatı tanınmış siyasətçi Boris Nemtsovun ölümündə yeni versiyalar irəli sürüb

"Qafqazinfo" "İzvestiya"nın saytına istinadən xəbər verir ki, Nemtsovun ölümünü araşdıran istintaq briqadası onun qətlində Ukrayna izinin olduğunu istisna etmir. Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə qətlə yetirildiyi iddia edilən Nemtsovun ölümünü isə Cövhər Dudayev adına çeçen batalyonunun təşkil etdiyi qeyd edilir.

Hüquq-mühafizə orqanlarında olan mənbənin məlumatına görə, qətlin təşkilatçısı həmin bölüyün hazırki komandiri, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlamaqda ittiham edilərək haqqında cinayət işi açılan Adam Osmaev və onun həyat yoldaşı Amina Okuevadır.

Nəşr yazır ki, Ukrayna hüquq-mühafizə orqanlarının planına əsasən, müxalifətçinin ölümü Rusiya rəhbərliyini gözdən salmalı, eləcə də siyasi sabitliyi pozmalı idi. Mənbə həmçinin bildirib ki, istintaq qrupunda siyasətçinin ölümündə Ukraynanın əlinin olmasına dair bəzi sübutlar var.

Yazıda həmçinin qeyd edilir ki, Nemtsovun qətlində qisas faktoru da rol oynaya bilər. Belə ki, 2014-də yaradılan Cövhər Dudayev adına batalyonun qurucusu, həmçinin Donbassda Ukrayna silahlıları tərəfindən vuruşan çeçen əsilli İsa Munayev bu ilin fevralın 1-də döyüşlərdə öldürülüb. Nemtsovu öldürməklə çeçen döyüşçüləri Ukraynanın sifarişini yerinə yetirməklə yanaşı, öz komandirlərinin qisasını da almış olublar.

Ən maraqlısı isə, Munayevin yaratdığı və terrorçuları maliyyələşdirməkdə ittiham olunan "Azad Qafqaz" hərəkatının tərkibində azərbaycanlı polkovnikin də adının hallanmasıdır. Belə ki, batalyonun qərargah rəisinin Azərbaycan müdafiə nazirinin sabiq müavini olmuş və hazırda axtarışda olan İsa Sadıqov olduğu qeyd edilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.