Dünya

Əhmədinejat türkcə danışdı: "Siz mənim qəlbimdəsiniz" - VİDEO

2 Mart 2015 13:40
0 Şərh     Baxış: 1 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İranın sabiq prezidenti Mahmud Əhmədinejat türk dilində şeir oxuyub.

Anspress-in məlumatına görə o, azərbaycanlı ustad şair Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" şeirindən bir neçə bəndi oxuyub. Çıxışı zamanı Mahmud Əhmədinejat zaldakılara müraciət edərək türk dilində: "Siz mənim qəlbimdəsiniz", - deyib. Türk dilində şeiri oxuyandan sonra isə konfrans iştirakçıları onu ayaq üstə alqışlayıblar.

Qeyd edək ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Türkiyənin sabiq baş naziri və akademiki professor Nəcməddin Ərbakanın vəfatının ildönümündə iştirak etmək üçün Türkiyəyə gəlib. Daha sonra o, Türkiyədə Esenyurtda Məhəmməd peyğəmbərin (s) qızı Xanım Zeynəbin (s.ə) doğum günü ilə bağlı keçirilən konfransda çıxış edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.