Dünya

Tanınmış türk jurnalist həbs olundu

2 Mart 2015 10:34
0 Şərh     Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə Ərdoğan iqtidarının qatı tənqidçilərindən olan tanınmış jurnalist Mehmet Baransu evində aparılan 12 saatlıq axtarışların ardından həbs olunub.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Türkiyə mediasına görə, jurnalist "Balyoz" dövlət çevriliş planı ilə bağlı prokurorluğa təqdim etdiyi sənədlərə görə saxlanılıb.

Jurnalistin vəkili faktı təsdiqləsə də, hələ ki, ittiham sənədinin tam məzmununun ona bəlli olmadığını deyib.

"Balyoz" qalmaqalı üzrə yüksək çinli zabitlərin həbsi məhz 2010-cu ildə Baransunun "Tərəf" qəzetində dərc etdiyi məxfi sənədlər əsasında gerçəkləşib.

Qalmaqalın böyüməsindən sonra Baransu planlaşdırılan dövlət çevrilişi ilə bağlı kompakt diskə yazılmış məlumatları dövlət ittihamçılarına təqdim etməli olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.