Dünya

İŞİD xristianları azad etdi

2 Mart 2015 09:24
1 Şərh     Baxış: 1 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlar azad edilməzdən əvvəl Şəriət məhkəməsində mühakimə olunublar

İŞİD terrorçu qruplaşması girov saxladığı 19 xristianı azad edib.

Anspress-in məlumatına görə, bu barədə Suriya İnsan Haqları Müşahidə qrupu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, girovluqda olan 16 kişi, 32 qadın İŞİD terrorçuları tərəfindən sərbəst buraxılıblar.

Onlar azad edilməzdən əvvəl Şəriət məhkəməsində mühakimə olunublar.

Suriyanın şimal-şərqində İŞİD terror qruplaşması 220 assuriyalı xristianı girov götürmüşdü. Onlardan 15-nin fevralın 27-də edam edildiyi bildirilirdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.