Dünya

Bu oğurluğun dəyəri ölçülə bilmir

2 Mart 2015 09:12
0 Şərh     Baxış: 1 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdə Çin muzeyindən 15 sənət əsəri oğurlanıb

Dünən Parisin cənubundakı Fontenblo sarayında Çin muzeyindən ən azı 15 sənət əsəri oğurlanıb.

Anspress-in məlumatına görə, bu barədə "Ria Novosti" "Assoşieyted Press" agentliyinə istinadən xəbər verir.

Ölkənin mədəniyyət naziri bildirib ki, bazar günü səhər saatlarında naməlum şəxslər sarayın içinə girərək 7 dəqiqə sonra bir neçə sənət əsəri ilə oranı tərk ediblər.

Sarayın mətbuat katibi oğurlanan sənət əsərlərini "qiyməti ölçülməz" adlandıraraq, onların dəyərini bilmədiyini deyib.

Bu əşyalar 1863-cü ildə III Napoleonun yoldaşı imperatriçə Yevgeniya tərəfindən muzeyə hədiyyə edilib.

İstintaq başlanıb. Güman edilən şübhəlilər barədə məlumat hələ ki, yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.