Dünya

Mina partladı: 5 hərbçi yaralandı

1 Mart 2015 10:13
0 Şərh     Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 Yaralanan hərbçilər hadisə yerindən tibb məntəqələrinə çatdırılıb

Ötən gün Çeçenistan Respublikasında hərbçilərin yaralanması ilə nəticələnən partlayış meydana gəlib.

Anspress-in məlumatına görə, Çeçenistanın Urus-Martanovsk rayonunda baş verən partlayış nəticəsində Rusiyanın 5 hərbçisi yaralanıb.

"Hadisə fevralın 28-də, saat 18:00 radələrində Çeçenistan Respublikasının Urus-Martanovsk rayonunun Şalaji yaşayış məntəqəsində, dağlıq-meşəlik ərazidə baş verib. Daxili Qoşunların mühəndis istehkam tağımı mühəndis-kəşfiyyat işləri görərkən ərazidə gizlədilmiş qurğu partlayıb", - deyə hüquq-mühafizə orqanlarına yaxın mənbə xəbər verib.

Mənbə qeyd edib ki, aldıqları yaradan sonra 5 hərbçi hadisə yerindən təxliyyə edilərək tibb məntəqələrinə çatdırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.