Dünya

Jurnalisti öldürdülər

1 Mart 2015 10:08
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukraynanın "Seqodnya" qəzetinin fotomüxbiri Sergey Nikolayev Donbasda əməliyyat zonasında həlak olub.

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Seqodnya" qəzetinin internet səhifəsində dərc olunmuş məlumatda bildirilir.

"Donetsk vilayətində "Seqodnya" qəzetinin fotomüxbiri Sergey Nikolayev həlak olub. O, Donetsk vilayətinin Peski yaşayış məntəqəsinin yaxınlığında atəşə məruz qalıb. "Seqodnya" qəzetinin və Segodnya.ua saytının redaksiyası Sergey Nikolayevin ölümü ilə əlaqədar dərin kədər hissi keçirir, onun qoyumları və yaxınlarına başsağlığı verir", - deyə məlumatda bildirilir.

Bundan əvvəl ölkənin şərqində atəşkəs rejiminin pozulması nəticəsində bir hərbçinin həlak olduğu bildirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.