Dünya

Aeroportda 10 ukraynalı hərbçinin meyiti tapıldı

1 Mart 2015 09:38
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ATƏT-in Ukraynada xüsusi monitorinq missiyası Donetsk aeroportunda 10 ukraynalı hərbçinin meyitinin aşkarlandığını bildirib.

"Monitorinq missiyası Donetsk aeroportunda olub. DXR ("Donetsk Xalq Respublikası") qüvvələrinin komandiri aeroportun ərazisində 10 ukraynalı hərbçinin meyitinin aşkarlandığını bildirib. DXR nümayəndələri üzərində Ukrayna ordusuna məxsus fərqlənmə nişanları olan hərbi geyimli 2 əsgərin meyitini və içərisində Ukrayna əsgərlərinin meyitlərinin qalıqları olan kisələri missiya üzvlərinə nümayiş etdiriblər". APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT mətbuat xidmətinin məlumatında bildirilib.

Müşahidəçilərin sözlərinə görə, separatçıların rəhbərliyi meyitləri morqa yerləşdirmək sonra isə Ukrayna ordusunun nümayəndələrinə təhvil vermək niyyətində olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.