Dünya

Nemtsovun qatili olduğu fərz edilən şəxslərin görüntüsü yayıldı - VİDEO

28 Fevral 2015 18:49
0 Şərh     Baxış: 2 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Moskvada metronun "Smolenskaya" stansiyasının yaxınlığında tapılmış maşında hərəkət edən iki kişi videomüşahidə kameralarına düşüb.

Virtualaz.org saytı "LifeNews" telekanalına istinadən xəbər verir ki, ilkin ehtimala görə, qatillərin hadisə yerindən qaçdığı maşın məhz həmin şəxslərə məxsus "Lada-Priora" markalı avtomobilin özüdür.

Bununla belə əməliyyat-axtarış qrupunun üzvləri buna hələ 100 faiz əmin də deyillər. Videoda görünən şəxslərin məşhur rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlinə aidiyyətinin olması da hələ tam dəqiq deyil. Xəbərə görə, Nemtsovun qatilləri olduğu güman edilən kişilərdən birinin sürdüyü maşın İnquşetiya sakini olan və hazırda Nazranda yaşayan bir qadına məxsusdur.

Milli.Az

Внимание! У вас отключен JavaScript, или установлена старая версия проигрывателя Adobe Flash Player. Загрузите последнюю версию флэш-проигрывателя.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.