Dünya

Nemtsovun dəfn tarixi və yeri açıqlandı - FOTO

28 Fevral 2015 17:08
0 Şərh     Baxış: 1 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən Moskvanın mərkəzində güllələnərək öldürülən rusiyalı müxalifətçi Boris Nemtsovun dəfn olunacağı tarix bəlli olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə itar-tass-a PARNAS partiyasının üzvü Konstantin Merzlikin məlumat verib.

Vida mərasimi martın 3-ü yerli vaxtla 10-dan 14:00-a qədər Saxarov Mərkəzində təşkil ediləcək. Daha sonra isə Troekurov qəbristanlığında dəfn mərasimi keçiriləcək.

Martın 1-də isə Moskvada mərhum siyasətçinin xatirəsinə həsr olunmuş matəm yürüşü baş tutacaq. Yürüş Moskva vaxtı ilə 15:00-da başlayacaq və Nemtsovun öldürüldüyü körpü istiqamətində davam edəcək.

Müxalifətçi İlya Yaşin bəyan edib ki, sözügedən anım tədbiri artıq Moskva meriyası ilə razılaşdırılıb. O qeyd edib ki, martın 1-nə təyin edilmiş "Bahar" aksiyası da təxirə salınıb.

Qeyd edək ki, Boris Nemtsov fevralın 28-i gecə saatlarında "Böyük daş körpü"də öldürülüb. Naməlum şəxs ona 4 dəfə atəş açıb. Ürəyindən yara alan siyasətçi yerindəcə keçinib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.