Dünya

Qorbaçov: "Çox narahatam"

28 Fevral 2015 16:58
0 Şərh     Baxış: 2 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış müxalifətyönlü siyasətçi Boris Nemtsovun qətli Rusiyada sabitliyin pozulması məqsədi ilə edilib.

Anspress-in məlumatına görə, bunu SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov deyib.

O "İnterfaks"a müsahibəsində bildirib ki, Moskva çayı üzərindəki körpüdə baş verən cinayət hadisəsi ölkədə vəziyyətin, qarışıqlığın və qarşıdurmanın daha da gərginləşdirilməsinə yönələn cəhddir: "Bu, hansı qüvvələr tərəfindən edilib, bunu indi demək çətindir. Tələsməmək, təmkinli olmaq lazımdır."

M.Qorbaçov ölkədə fövqəladə vəziyyətin tətbiqinə dair edilən çağırışlara da münasibət bildirərək vurğulayıb ki, belə çağırışlar istisna edilmir. Amma əgər güc tətbiqetmə yolu ilə gedilərsə, bu, ölkədə vəziyyəti daha çox kəskinləşdirəcək. Cinayətkarları tapmaq lazımdır, amma belə cinayətlərin icraçılarını bəzən tapmaq çətin olur. Bütün gücü qoymaq lazımdır ki, cinayətkarlar tapılsınlar".

"Bu hadisəni xaricdəki anti-Rusiya qüvvələri törədə bilərmi?" sualına isə SSRİ-nin sabiq prezidenti cavab verib ki, bunu da istisna etmək olmaz. Əlbəttə, müəyyən qüvvələr hədəflərinə çatmaq, Putindən qurtulmaq üçün cinayət əməllərindən mükəmməl istifadə etməyi düşünə bilər. Amma istənilən halda, düşünmürəm ki, Qərb bu addımı ata bilər. Ancaq cinayətkarların Borisi öldürmək planı, sözsüz ki, düşünməyə əsas verir.

O sonda deyib: "Bu cinayət hamının hisslərinə toxunur. Boris öz xüsusiyyətləri ilə əsl insan idi. Mən bu hadisədən çox narahat oluram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.