Türkiyənin Manisa şəhərinin Turqutlu bələdiyyəsində Xocalı Şəhidləri Parkı açılıb. Parkın açılış mərasimində Türkiyə parlamentinin deputatı Sinan Oğan, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu, bələdiyyə sədrinin müavinləri Hakan Sezer, İsgəndər Tunc, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, çox sayda yerli sakin iştirak ediblər.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Türkiyə Azərbaycan Dərnəyinin yerli şöbəsinin rəhbəri Ender Solhan mərasimə toplaşanlara Xocalı soyqırımının dəhşətləri haqqında məlumat verib, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc sakinlərə qarşı törədilmiş qəddarlıqları bir daha xatırladıb. Bu dəhşətlərin sözlərlə ifadə edilməyəcək qədər acı və unudulmayacaq qədər qorxunc olduğunu deyən E.Solhan əlavə edib ki, "biz də bu faciənin heç vaxt unudulmaması üçün bu parka Xocalı Şəhidlər Parkı adını verdik".
Turqutlu bələdiyyəsinin sədr müavini H.Sezer bu qətliama dünya ictimaiyyətinin səssiz qalmasını vurğulayaraq, ədalətin bərqərar olacağına, günahsız insanların qanının yerdə qalmayacağına inandığını deyib.
Türkiyə Böyük Millət Məclisinin üzvü S.Oğan Turqutlu bələdiyyəsinin sədri Turqay Şirinə təşəkkür edib. Atatürkün "Azərbaycanın kədəri kədərimiz" sözlərini xatırladan S.Oğan deyib ki, bu parka Xocalı Şəhidləri adının verilməsi dolayısilə Atatürkün mirasına sahib çıxmaqdır: "Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Xocalı isə ortaq dərdimizdir".
Çıxışlardan sonra lent kəsilərək parkın açılışı olub.
Qeyd edək ki, Turqutlu bələdiyyəsi ərazisində salınmış yeni yaşıllıq əraziyə Xocalı Şəhidləri Parkı adının verilməsi təklifi Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyətinin üzvü E.Solhan tərəfindən irəli sürülmüşdü.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
DİGƏR XƏBƏRLƏR
- Serenayla Mert ilk dəfə əl-ələ GÖRÜNTÜLƏNDİ - VİDEO
- Yanvar-mart aylarında İngiltərə vətəndaşları Türkiyədə bu qədər daşınmaz əmlak alıb
- "Qarabağlı ermənilərə görə vuruşan deyilik" - Paşinyan
- Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
- 29 yaşlı “Tik-Tok” fenomeni öldü - FOTOlar
- 14 illik xanımından boşandı
XƏBƏR LENTİ
- Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR? - VİDEO
- Ələsgər Məmmədoğlunun həyat yoldaşı: "Oğlumuzun toyunda gözüm qapıda qaldı" - VİDEO
- Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO
- Bakı və Moskva yeni siyasətə başlayır
- Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - FOTOlar
- Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
- Heydər Əliyev sayəsində bu problemlər həll olundu - Veteran
- "Allahıma sonsuz şükür, nə yaxşı ki...”
- Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcək
- Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
- Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO
- Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır
- Serenayla Mert ilk dəfə əl-ələ GÖRÜNTÜLƏNDİ - VİDEO
- Azərbaycana və Heydər Əliyevin fəaliyyətinə böyük minnətdarlıqla yanaşıram - BAM veteranı
- Yanvar-mart aylarında İngiltərə vətəndaşları Türkiyədə bu qədər daşınmaz əmlak alıb
- Sərhəddə işlər başladı - RƏSMİ
- Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO
- "Bu fikir hökm sürdüyü müddətcə yaxşı heç nə olmayacaq" - VİDEO - FOTO
- "Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna
- Çempionlar Liqasının finalı Tiflisdə keçirilə bilər
- "Qarabağlı ermənilərə görə vuruşan deyilik" - Paşinyan
- Deputat Əli Kərimlini "TikTok"er adlandırdı
- Rafael İskəndərovdan ad günü VİDEOsu gündəm oldu - oğlu ilə...
- Əvəz Zeynallı ilə bağlı qərar verildi