Dünya

ABŞ-da iqtisadi artım təxminlərdən daha az olub

1 Mart 2015 20:51
0 Şərh     Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü ilin son aylarında ABŞ iqtisadi artımı yavaşlayıb.

Ticarət Nazirliyinin cümə günü yaydığı hesabatda ÜDM-nin 2014-cü ilin dördücü kvartalında 2.2 faiz artdığı bildirilib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu rəqəm təxminlərdən və üçüncü kvartalda qeydə alınan artımdan iki dəfə azdır.

Ticarət rəsmiləri ÜDM artımını federal hökümətin xərclərinin azalması və idxalın artması ilə əlaqələndirir.

Ümumilikdə 2014-cü ildə isə 2.4 faiz artım qeydə alınıb ki, bu rəqəm 2013-cü ilə nisbətən yüksəkdir.

Bu il xəbər agentliklərinə müsahibə verən bir sıra iqtisadçı artan istehlakçı xərcləri və digər amillərin ABŞ iqtisadi artımını 3 faiz və ya daha yüksək edə biləcəyini deyib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.