Dünya

Kerri Boris Nemtsovun qətli ilə bağlı müraciət yaydı

28 Fevral 2015 11:28
0 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Amerika Birləşmiş Ştatları Rusiya rəhbərliyini müxalifətçi Boris Nemtsovun qətlini araşdırmağa və hadisəni törədənləri tezliklə məsuliyyətə cəlb etməyə çağırıb".

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

ABŞ dövlət katibi Con Kerri vaxtilə Rusiyanın baş nazirinin müavini olmuş B. Nemtsovun qətlindən çox təsirləndiyini və kədərləndiyini bildirib. "Boris Nemtsov həyatını demokratik, çiçəklənən, açıq Rusiyaya həsr edib. O, Birləşmiş Ştatlar da daxil olmaqla, Rusiyanın tərəfdaş və qonşu ölkələrlə güclü münasibətlər qurmasını istəyirdi. B. Nemtsov bir çox vəzifələrdə çalışıb. Bütün vəzifələrdə o, islahatlar həyata keçirən Rusiya üçün çalışıb. Nemtsovun yoxluğu Rusiyada və bütün dünyada hiss olunacaq", - deyə Con Kerrinin müraciətində deyilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.