Dünya

Boris Nemtsovun köməkçisi: "O, sosial şəbəkələrdə təhdid edilirdi"

28 Fevral 2015 11:15
0 Şərh     Baxış: 1 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın tanınmış siyasətçisi, deputat Boris Nemtsov bir necə ay bundan əvvəl sosial şəbəkələr vasitəsilə təhdid edilib. Bunu Boris Nemtsovun Dövlət Dumasındakı köməkçisi Olqa Baxtina deyib. Bu barədə Trend TASS agentliyinə istinadən bildirir.

Köməkçinin sözlərinə görə, hətta 2014-cü ilin sonunda sosial şəbəkələrdə Boris Nemtsova edilən təhdidlərin biri ilə bağlı polis orqanlarına müraciət edilmişdi.

O.Baxtina qətlin qısqanclıq zəminində baş vermə ehtimalını mümkün saymır: "Boris Nemtsov çox güclü diplomat idi. Mənə məlum olan odur ki, onun bütün uşaqları və arvadları ilə münasibətləri yaxşı idi".

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov fervalın 28-də gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.