Dünya

Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu

28 Fevral 2015 10:58
0 Şərh     Baxış: 1 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünya şöhrətli Rusiya əsilli tennisçi Mariya Şarapova mədə infeksiyasına yoluxub. Milli.Az Newsru.com-a istinadən bildirir ki, idmançı xəstəliyi ucbatından mükafat fondu 250 min avro olan Akapulko turnirinə qatılmayıb.

Şarapova turnirin yarımfinalında fransalı tennisçi Karolin Qarsiya ilə qarşılaşacaqdı. Ancaq səhhətindəki problemlər planlaşdırılan matça imkan verməyib.

"Yarımfinalda iştirak edə bilmədiyim üçün çox məyusam. Turnirə çox yaxşı başlamışdım və ümid edirdim ki, qarşılaşmaya qədər sağalaram", - idmançı qeyd edib.

İdmançının sağalması üçün nə qədər zaman gərəkdiyi bilinmir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.