Dünya

Qaradərili ərəblər terrorçuları hədəfə aldılar - FOTO

28 Fevral 2015 12:07
0 Şərh     Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyadakı "Boko Haram" terror qruplaşmasının üzvləri ölkənin şimal-şərqindəki Borno ştatında 14 kəndə hücum ediblər.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kamerunla sərhədin yaxınlığındakı kəndlərə soxulan terrorçular dinc sakinlərə divan tutublar.

Yüzlərlə kəndli canlarını qurtarmaq üçün sərhədi keçərək Kameruna qaçıb.
 

Ölkənin şimal-şərqində Nigeriya ordusu qonşu Çadın yolladığı hərbi kontingentlə birlikdə "Boko Haram"ın mövqelərinə hücuma keçib.

Anquduram kəndinin sakini, şuva qəbiləsindən olan qaradərili ərəb Adum Valfannea deyib: "Terrorçular əsasən şuvaları hədəfə almışdılar. Çaddan gələnlərin də çoxu elə şuvalardır və bu səbəbdən də "Boko Haram" bizə nifrət edir".
 

Mudu kəndindən qaçmış Kurso Hala isə söyləyib: "Onlar kəndin mərkəzini mühasirəyə aldılar, sonra aramızda şuvalar və ya kanurilərin olub-olmadığını soruşdular. Sonra da şuvaları qırmağa başladılar".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.