Dünya

Sərxoş qadın soyunub polisə hücum etdi - VİDEO - FOTO +18

28 Fevral 2015 12:03
0 Şərh     Baxış: 4 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28 yaşlı Sinq Hsyu əri, 30 yaşlı Syao Çen Li ilə qonaqlıqdan qayıdırdılar. Onların ikisi də sərxoşdu və Syao da avtomobili elə bu vəziyyətdə idarə edirdi. Üstəlik, Syao sükan arxasında qurşaqdan yuxarı çılpaq oturmuşdu.
 

Mərkəzi küçələrdən birində yol polisləri sərxoş sürücünü görəndə avtomobili saxlayıblar.
 

Beyni dumanlı Syao belə "haqsızlıq"dan sinirlənib, maşından düşərək polislərlə dalaşmağa başlayıb. Az sonra ona arvadı Sinq Hsyu da qoşulub.

Milli.Az Xhinhua-ya istinadən bildirir ki, olay Çinin Çjeszyan vilayətindəki Vençjou şəhərində yaşanıb.
 

Sərxoş Syao polisləri təpikləməyə çalışanda onun arvadı, ayaq üstə güclə duran Sinq əvvəlcə köynəyini soyunub, sonra şalvarını çıxarmağa çalışaraq polislərə hücum edib.
 

Ərlə arvad polisləri vurmaqla yanaşı, asayiş keşikçilərinə söyürdülər.
 

Polislər çılpaq ərlə arvadlı güclə sakitləşdirərək idarəyə aparıblar.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.