Dünya

İslamçılar məşhur bloqeri öldürdülər - FOTO

28 Fevral 2015 14:50
0 Şərh     Baxış: 2 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banqladeşin ən məşhur bloqerlərindən biri, tənqidçi və yazıçı Avicit Roy qətlə yetirilib.
 

Banqladeş ilə yanaşı, ABŞ vətəndaşı olan 43 yaşlı bloqer xanımı, 45 yaşlı Rəfizə Əhməd Bonya ilə birlikdə Banqladeşin paytaxtı Dəkkədə kitab sərgisindən qayıdarkən məscidin qarşısında 4 nəfərin hücumuna məruz qalıb.
 

Milli.Az New York Times-a istinadən bildirir ki, bloqer çoxsaylı dəhrə zərbələri alaraq hadisə yerində keçinib.

Avicit Royun xanımı R.Əhməd ərini müdafiə etməyə çalışanda sinəsindən və başından ağır yaralar alıb. Rəfizə Əhməd xəstəxanaya aparılıb. Həkimlər onun durumunun kritik olduğunu deyirlər.
 

Dəkkə polisindən verilən məlumata görə, bloqeri qətlə yetirən 4 nəfərdən ikisinin kimliyi artıq bəllidir. Onlardan biri 24 yaşlı Fərabi Şəfiur Rəhmandır.

Qanlı olaya görə Banqladeşdəki radikal islamçı təşkilatlardan heç biri məsuliyyəti öz üzərinə götürməyib. Son illər ABŞ-ın Corciya ştatındakı Atlanta ştatında yaşayan Avicit Royun dostları isə deyirlər ki, son vaxtlar islamçılar bloqeri sürəkli təhdid edirdilər.
 

Avicit Roy Benqal dilindəki "Mukto mona" adlı populyar bloqun yaradıcısı idi. O, bloqunda radikal islamçılığı pisləyir, ateizmi təbliğ edirdi.

A.Roy bu ayın əvvəlində ABŞ-dan Banqladeşə yollanmışdı.
 

180 milyon əhalisinin tam əksəriyyəti müsəlmanlar olan Banqladeşdə dini fanatiklərin belə cinayətləri nadir hadisə deyil.

2013-cü ildə məşhur bloqer Əhməd Rəcib Heydər Dəkkədəki evinin qarşısında baltalanmışdı.
 

2004-cü ildə radikal islamçılar Dəkkə Universitetindəki ənənəvi kitab yarmarkasında məşhur yazıçı Humayun Azada hücum etmişdilər.

Son məlumatlara görə, Avicit Royu Banqladeşdəki "Ənsərullah Banqla" radikal-ekstremist islamçı təşkilatın mənsubları qətlə yetiriblər.

Dəkkədə isə Avicit Royun qatillərinin tapılmasını və cəzalandırılmasını tələb edən yüzlərlə tələbə yürüş keçirib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.