Dünya

Savçenko ölmək üzrədir

28 Fevral 2015 09:50
0 Şərh     Baxış: 1 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qalmaqallı pilot 76 gündür başlatdığı aclıq aksiyasını davam etdirir

Rusiya prezidenti yanında İnsan hüquqları şurasının üzvü Yelena Masyuk ukraynalı təyyarəçi Nadejda Savçenkonu ev dustaqlığına keçirməyi təklif edib.

Anspress-in məlumatına görə, Masyuk həmçinin şuranın digər üzvlərini onun çağırışını dəstəkləməyə və hökumətə müraciət edərək Savçenkoya qarşı cəza tədbirinin dəyişdirilməsini xahiş etməyə çağırıb.

"Hörmətli həmkarlar, siz, Savçenkonu cani və qatil güman etdiyinizə görə mənə etiraz etməyə qərar verməzdən əvvəl mənim sözlərimi yadınıza salın: Nadejda Savçenko ən yaxın günlərdə ölə bilər", - deyə xanım Masyukun müraciətində deyilir.

Onun sözlərinə görə, xanım Savçenkonun səhhəti son günlər qəfildən pisləşib. "O artıq 15 gündür ki, qlükoza inyeksiyalarından imtina edir və onun daxili orqanlarında ciddi problemlər başlayıb", - deyə xanım Masyuk bildirib.

Qeyd edək ki, Nadejda Savçenko keçən ilin yayında Luqansk yaxınlığında iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. Onun özü isə bu ittihamları qəbul etmir. O, 76 gündür ki, Moskva istintaq təcridxanasında elan etdiyi aclığı davam etdirir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.