Dünya

Qırğızıstan və Özbəkistandan olan immiqrantların sayı artır

28 Fevral 2015 22:51
1 Şərh     Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son illlərdə Qazaxıstanın keçmiş paytaxtı Almatıda qonşu respublikalardan, o cümlədən Qırğızıstan və Özbəkistandan gələn immiqrantların sayı durmadan artmaqdadır.

Bu barədə məlumatı Almatı Miqrasiya Polisi İdarəsinin rəisi Aydın Bolqibayev verib. Onun sözlərinə görə, bu artıma səbəb Rusiyada iqtisadi vəziyyətin ağırlaşması və immiqrantlara münasibətdə qanunların sərtləşdirilməsidir. Aydın Bolqibayev: "Almatıya qonşu respublikalardan güclü immiqrant axını hələ ötən ildə müşahidə olunmaqda idi. 2013-cü ildə Almatıya 175 min immiqrant gəlmişdi. 2014-cü ildə isə Almatıya gələn immiqrantların sayı 212 min nəfərə çatdı. Hələ o vaxt Rusiyada iqtisadi böhran hiss olunmurdu. İmmiqrant axınının artmasında bizim MDB ölkələrindən gələnlərə işləməyə icazə verməyimiz də az rol oynamadı. Belə ki, biz qeyri-qanuni immiqrasiyaya son qoymaq üçün bu prosesi açıq müstəviyə keçirdik. Bu əsasda da onların qanun çərçivəsində Almatıda açıq şəkildə işləmələrinə şərait yaratdıq",-deyib.

Aydın Bolqibayev qanuni icazə əsasında ötən il Almatıda işləmək isətəyən 7 min immiqranta icazə sənədi verdiklərini və bunun nəticəsində dövlət büdcəsinə 470 min dollar gəlir daxil olduğunu vurğulayıb.

Bolqibayev həmçinin qeyd edib ki, Almatıya ən çox immiqrant Özbəkistan və Qırğızıstandan gəlir: "Ötən il Özbəkistandan Almatıya işləmək üçün 87 min özbək immiqrant gəlib. Həmin müddət ərzində Qırğızıstan və Türkiyədən 24, Çindən isə 8,5 min immiqrant gəlib".

İmmiqrantlar arasında guya cinayətlərin çox olması barədə deyilənlərə münasibət bildirən Bolqibayev bunun doğrun olmadığını bildirib. O buna misal kimi ötən il Almatıda baş verən 60 min cinayət hadisəsinin yalnız 415-nin immiqrantlar tərəfindən törədilməsini göstərib. Bolqibayev eyni zamanda ötən il dünyanın müxtəlif ölkələrində yaşayan etnik qazaxlar arasında vətənə qayıtmaq prosesinin davam etdiyini də xatırladıb. O qeyd edib ki, ötən il təkcə Çindən15,5 min qazax doğma vətənə köç edib.

"Zaman Azərbaycan"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.