Dünya

6 xizəkçi qar uçqununda öldü

1 Fevral 2015 14:04
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsveçrədə son sutka ərzində baş verən qar uçqununda 6 nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, 4 xizəkçi Qraubyunden kantonunun Landkvart dairəsində, iki xizəkçi isə Bern kantonunda baş vermiş qar uçqunlarının qurbanı olub.

Landkvart dairəsində Pits Vilan dağında 9 nəfərlik qrup qar uçqunu altında qalıb. Qrup üzvlərindən 3-ü yerində, biri isə xəstəxanada dünyasını dəyişib.

Bern kantonunda isə bir nəfər Hahnenmoos, bir nəfər is Birq dağ-xizək stansiyasında qar uçqununa düşərək ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.