Dünya

Polis idarəsində DƏHŞƏT: 100-dən çox insan skeleti tapıldı

1 Fevral 2015 11:56
0 Şərh     Baxış: 2 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Uttar Pradeş əyalətinin polis mərkəzindəki otaqların birində 100 insan skeleti aşkarlanıb

Publika.az-ın məlumatına görə, hadisə ölkənin siyasi elitasını ayağa qaldırıb. Müxalifət partiyaları parçalanmış halda olan kəllələr və sümüklərin qaynağı haqqında cinayət işinin qaldırılmasını tələb edirlər.

Rəsmilər mərkəzdə aparılan təmir və yenidənqurma işləri zamanı memarlar tərəfindən aşkarlanan skeletlərin 2008-ci ilə qədər müayinə üçün əməliyyat olunan cəsədlərə aid olduğunu deyiblər. Baş komissar Mahendra Pratap Sing skeletlərin həmin vaxt basdırılmasının unudulan cəsədlərin qalıqları olduğunu bildirib.


Yerli müxalifət liderlərindən Pankaj Sing isə skeletlərin orqan ticarəti üçün öldürülmüş şəxslərə məxsus olduğunu iddia edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.