Dünya

NATO-nun baş katibindən Rusiyaya ittiham

1 Fevral 2015 09:25
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı qonşu dövlətlərin sərhədlərini pozmaqda ittiham edib.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə alyans rəhbəri "Le Figaro" nəşrinə müsahibəsində bildirib.

"Rusiya normaları və qonşularının sərhədlərini pozur. Bu ölkə hətta ciddi iqtisadi böhran zamanı müdafiə sahəsinə böyük vəsaitlər yatıraraq qoşunların müdafiə qabiliyyətini artırır", - deyə Yens Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, Rusiya ağır silahlar, tank, raket qurğuları, müasir havadan müdafiə sistemləri və hərbçilərini göndərməklə Donbas separatçılarına dəstək verir.

"Hərbi texnikanın bəzi növləri çox yenidir, separatçılar bu cür silahlara əvvəllər malik olmayıblar", - deyə alyans rəhbəri vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.