Dünya

İŞİD-in kimyəvi silah eksperti öldürüldü

31 Yanvar 2015 13:01
0 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İŞİD terror təşkilatının kimyəvi silahlar üzrə eksperti İraqda ABŞ koalisiyasının raket zərbələri nəticəsində ölüb.

"Azadlıq" radiosu xəbər verir ki, Abu Malik öz təlimlərində cihadçılara kimyəvi silahlarla davranmağı öyrədirdi.

O, İraqdakı əl-Qaedaya, sonra isə İŞİD-ə qoşulmazdan əvvəl keçmiş İraq lideri Səddam Hüseynin kimyəvi silahlar üzrə mühəndisi olub.

Abu Malikin yanvarın 24-də Mosul yaxınlığında öldürüldüyü xəbər verilib.

ABŞ hərbiyyəsi bildirib ki, onun ölümü İŞİD-in kimyəvi silahlardan istifadə qabiliyyətinə ciddi zərbə olub.

Xəbər verilir ki, döyüş bölgələrində İŞİD-in xlorin qazından istifadə etdiyi barədə məlumatlar yayılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.