Dünya

Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb - VİDEO

31 Yanvar 2015 11:24
1 Şərh     Baxış: 3 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın şərqindəki separatçı "Donetsk Xalq Respublikası"nın silahlı dəstələrinin Mariupola hücumu davam edir.
 

Separatçıların mühasirəyə aldıqları şəhər "Qrad" reaktiv artilleriya qurğularından da atəşə tutulur.
 

Milli.Az Diaspora TV-yə istinadən bildirir ki, gülləbaranda yaralananlar arasında azərbaycanlı Asif Ələkbərov da var.
 

"Qrad" raketlərindən biri şəhərin mərkəzi bazarına düşüb. A.Ələkbərovun dükanı da bazardadır və soydaşımız raket partlayışı nəticəsində çiynindən qəlpə yarası alıb.
 

Hazırda Mariupolda təqribən 500 azərbaycanlı var.
 

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.