Dünya

İsraildə birinci xanım qalmaqalı: "Şüşələri də götür, get!"

31 Yanvar 2015 12:39
0 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin baş naziri Binyamin Netanyahunun xanımı Sara Netanyahu ilə bağlı qalmaqal yaranıb.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, baş nazirin iqamətgahında içilən mineral sular, şərablar və s.-nin boş şüşələri təkrar emal şirkətlərinə satılandan sonra alınan pulları S.Netanyahunun mənimsədiyi aşkarlanıb.
 

Netanyahu ailəsində çalışarkən Saranın onunla çox kobud davrandığını, sürəkli olaraq həqarət və söyüşlərə məruz qaldığını deyən Meni Naftali adlı qadın işdən çıxarılandan sonra Sara Netanyahunu məhkəməyə verib.
 

"Sara Netanyahu baş nazirin iqamətgahında içilən mineral sular, şirələr və şərabların boş şüşələri təkrar emala təhvil veriləndən sonra pulları öz hesabına yatırıb. Bu minvalla o, 4 ildə 24 min şekel məbləğində pulu mənimsəyib", - M.Naftali bildirib.
 

Yediot Ahronot-un məlumatına görə, ölkədəki müxalifət partiyalarının bir qrup mənsubu B.Netanyahunun sədr olduğu Likud Partiyasının qərargahına yollanaraq, binanın önünə boş şüşələrlə dolu kisələr yığıblar.
 

Onlar əllərində "Şüşələrini də götür, get!" yazmışdılar.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.