Dünya

İlk addım İrandan gəldi

31 Yanvar 2015 10:17
0 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran və Səudiyyə Ərəbistanı: əlaqələr normallaşacaqmı?

İran Səudiyyə Ərəbistanı ilə əlaqələri inkişaf etdirmək arzusundadır.

Anspress-in məlumatına görə, bu sözləri Livanda səfərdə olan İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Bərucari deyib.

Bərucari dünən Livanın Milli Assambleya sədri Nəbih Berri, Livan baş naziri Tammam Salam, Livan xarici işlər naziri Cəbran Basil və digər siyasətçilərlə görüşüb. Livanda danışıqlar zamanı Suriya münaqişəsi, İran-Livan əlaqələri, regionda vəziyyət və digər məsələlər müzakirə edilib.

Bərucari jurnalistlərə bildirib ki, İran mütəmadi bölgədəki bütün ölkələrlə yaxşı əlaqələr qurmaq siyasəti aparır. Onun dediklərinə görə, bu ölkələr arasında Səudiyyə Ərəbistanı da var.

Qeyd edək ki, İran hakimiyyəti Livan da daxil olmaqla bütün Mərkəzi Asiyada təhlükəsizlik və sabitliyin marağındadır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.